Xəzər Xəbər

Təhsil Nazirliyində vətəndaşların qəbulu BU TARİXƏDƏK dayandırılır

Gündəm | 16:39 • 4 Avqust 2020
Təhsil Nazirliyində vətəndaşların qəbulu BU TARİXƏDƏK dayandırılır

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il avqustun 31-dək fəaliyyətini dayandırıb.


Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq.


Vətəndaşlar həmçinin Nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.


Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Xəbər lenti

Çox oxunanlar