Xəzər Xəbər

ÜST koronavirusla bağlı ŞOK XƏBƏRİ AÇIQLADI: Hələ uzun müddət...

Gündəm | 23:05 • 1 Avqust 2020
ÜST koronavirusla bağlı ŞOK XƏBƏRİ AÇIQLADI: Hələ uzun müddət...

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, COVID-19 epidemiyası hələ uzun müddət davam edəcək.

XəzərXəbər bu barədə "Report”a istinadən xəbər verir.   

Şənbə günü təşkilatın fövqəladə komitəsinin iclasında iştirak edən nümayəndələr bu nəticəyə gəliblər ki, pandemiya ilə bağlı beynəlxalq əhəmiyyətə malik olan xüsusi vəziyyət qalır.

Mütəxəssislər ÜST-ə və onun müttəfiqlərinə koronavirusla mübarizə üzrə səylərə görə minnətdarlıq ediblər. Təşkilatın fövqəladə komitəsində bu problemin həlli üzrə səyləri birləşdirmək ehtiyacı qeyd olunub və gənclərə xəstəliyin yayılmasının qarşısının alınması üçün bütün mümkün üsullardan istifadə çağırışı edilib.

Ekspertlər növbəti dəfə üç ay sonra pandemiya ilə bağlı vəziyyəti qiymətləndirəcəklər.

Xəbər lenti