Xəzər Xəbər

Hikmət Hacıyev: Mən də ictimai nəqliyyatdan istifadə edirəm

Gündəm | 17:42 • 10 İyul 2020
 Hikmət Hacıyev: Mən də ictimai nəqliyyatdan istifadə edirəm

"Metronun bağlanması yoluxmalarla bağlı olub”.


Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.


Yaqut Qarayeva deyib ki, iş yerlərinin sayının azaldılması barədə qərar veriləndən sonra metro bağlandı.

Onun sözlərinə görə, bu barədə qərar veriləndən sonra vəziyyət araşdırılaraq bu nəticəyə gəlinib: "Əvvəlcə icazələrin sayı azaldılıb, iş yerlərində işçilərin məhdud sayda icazəsi verilib. Bu qərar bir şəxs tərəfindən verilmir. Məsələ araşdırılır, vəziyyət qiymətləndirilir və sonda qərar verilir".

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə deyib ki, o özü də ictimai nəqliyyatdan istifadə edir: "Avtobuslarda müəyyən sıxlıq var, vizual müşahidələrdə də bu, onu göstərir. Ona görə də Bakı Nəqliyyat Agentliyi qarşısında tələb qoyulub ki, avtobusların, o cümlədən ekspres marşrutlardakı avtobusların sayı artırılsın. Avtobusların sayı təhlil edilir. Həmçinin, vətəndaşların sıxlığına yol verməmək üçün fərqli vaxtlar tətbiq olunub. Özəl sektora da bununla bağlı müraciət olunub”.

Xəbər lenti