Xəzər Xəbər

Koronavirusu yüngül keçirənlər dərmanla təmin oluna bilər RƏSMİ

Gündəm | 08:51 • 1 İyul 2020
Koronavirusu yüngül keçirənlər dərmanla təmin oluna bilər

"Ev şəraitində müalicə simptomsuz və yüngül əlamətləri olan şəxslərə şamil olunur”.


Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib.


O bildirib ki, simptomsuz xəstələrin müşahidəsi və yüngül simptomlu xəstələrin dərmanları ilə bağlı nəzərdə tutulan məqamlar var:


"Evdə müalicə alan və COVID-19-a yoluxmuş şəxsin aptekə getməsi qəti qadağandır. Bu istiqamətdə yüngül əlamətlərlə xəstəliyi keçirən şəxslərin zəruri dərman preparatları ilə təmin olunması məsələsinə baxılacaq”.

Xəbər lenti

Çox oxunanlar