Xəzər Xəbər

Alovlanmanın qarşısını ala bilmirik: Sərt karantin uzadılır?

Gündəm | 09:51 • 1 İyul 2020
Alovlanmanın qarşısını ala bilmirik:

Yoluxmaların sayı azalmasa, sərt karantin rejimi növbəti dəfə uzadılmalıdır.


Bunu Axar.az-a infeksionist Vüqar Cavadzadə sərt karantin rejiminin koronavirusa yoluxma hallarına təsiri barədə danışarkən deyib. O bildirib ki, açıq havada da maskadan istifadə mütləqdir:


"Sərt karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, hələ də gündə 500-dən artıq şəxs koronavirusa yoluxur. Növbəti həftələrdə yenidən dinamikaya uyğun qərarların verilməsi vacibdir. Hesab edirəm ki, yoluxanların sayı azalmasa, karantin uzadılmalıdır. Ümid edirəm ki, sərt karantinlə əlaqədar yoluxma sayı yaxın həftələrdə aşağı düşəcək. Bundan başqa, əhalinin küçədə maskasız gəzməsinə qarşı nəzarəti gücləndirmək lazımdır. Nəinki qapalı məkanlarda, hətta küçədə belə maskadan istifadə etmək lazımdır. Maskasız insanların virus daşıyıcısı olub-olmamasını bilmirik. Bu səbəbdən açıq havada da virus insandan insana yoluxa bilir”.



İnfeksionist qeyd edib ki, hazırda xəstəxanaların, demək olar, hamısı dolub:


"Tibbi personal isə tam gücü ilə işləyir. Lakin əhali də bu işdə məsuliyyətli olmalıdır. Ölkədə artıq epidemik alovlanma var. Xəstələrin səhhəti ağırlaşır və ölüm halları artır”.

Xəbər lenti