Xəzər Xəbər

Hansı məktəblər imtahanda yüksək nəticə göstəriblər? AÇIQLANDI

Gündəm | 09:30 • 1 İyul 2020
Hansı məktəblər imtahanda yüksək nəticə göstəriblər?

İyunun 10-da və 11-də keçirilən 11-ci siniflər üçün buraxılış imtahanında yüksək nəticə göstərən məktəblər açıqlanıb.


Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, itahan iştirakçıları arasında 1 nəfər – Abşeron rayonu Xırdalan şəhər 1 saylı orta məktəbin məzunu toplanıla biləcək maksimal nəticə – 300 bal toplayıb.


İkinci ən yüksək nəticəni 297.7 bal toplayan Bakı şəhəri 36 saylı orta məktəbin məzunu göstərib.


Bundan əlavə, 4 nəfər (Qəbələ rayonu Vəndam qəsəbəsi 1 saylı orta məktəbin, Qubadlı rayonu 3 saylı şəhər orta məktəbin, Bakı şəhəri 57 saylı orta məktəbin, Bakı şəhəri 178 saylı orta məktəbin məzunları) 297.1 bal toplayıb.

Xəbər lenti