Xəzər Xəbər

Yaqut Qarayeva: Laborator testlərin aparılması üçün yeni avadanlıqlar gətiriləcək

Gündəm | 19:22 • 30 İyun 2020
Yaqut Qarayeva: Laborator testlərin aparılması üçün yeni avadanlıqlar gətiriləcək

Klinik simptomlu şəxsləri, yoluxanlarla təmasda olanları və xaricdən gələnləri test edirik. Hazırda bu testləri 23 laboratoriya aparır.


Xezerxeber.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.


Yaqut Qarayeva qeyd edib ki, laborator imkanların artırılması planlaşdırılır. Laborator testlərin aparılması üçün yaxın günlərdə ölkəyə yeni avadanlıqların gətirilməsi gözlənilir. Ümumi olaraq test saylarının artması müşahidə olunur.

Xəbər lenti