Xəzər Xəbər

Təhsil Nazirliyi məlumat yaydı: iyunun 16-dan yeni formatda keçiriləcək

Gündəm | 13:51 • 3 İyun 2020
Təhsil Nazirliyi məlumat yaydı:

Teledərslər 16 iyundan 17 iyuladək yeni formatda təqdim ediləcək.

XəzərXəbər-in məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, teledərslər "Abituriyentlər üçün dərs vaxtı" formatında təqdim olunacaq:

"Teledərslər iyunun 12-də başa çatacaqmı? Yox. Biz 16 iyundan 17 iyuladək yeni formatda yenə də efirdəyik. Əziz abituriyentlər, "Dərs vaxtı" sizin təhsilinizi davam etdirmək arzunuzu alqışlayır və bu işdə sizə kömək etməyə hazır olduğunu bildirir. Ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların "şifrələri", kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. - bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək".

Xəbər lenti