Xəzər Xəbər

Güclü külək regionlarda enerji təsərrüfatına ziyan vurub

Gündəm | 13:01 • 23 May 2020
Güclü külək regionlarda enerji təsərrüfatına ziyan vurub

Qərb və Şimal-qərb regionlarında 23-25 may tarixlərində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Azərişıq” ASC gücləndirilmiş iş rejimini davam etdirir.

XəzərXəbər xəbər verir ki, gecə saatlarında güclü külək Gəncə şəhəri, Şəmkir, Samux, Şəki, Qax, Balakən və Zaqatala rayonları ərazisində ciddi fəsadlar törədib, dam örtüklərini və iri gövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb. Bəzi yaşayış massivlərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranıb. "Azərişıq” ASC-nin qəza xidməti əməkdaşlarının gördüyü tədbirlər nəticəsində elektrik enerjisinin verilişi tam bərpa edilib. Mövcud hava durumu ilə əlaqədar ərazilərə əlavə mal-materal və texnika ayrılıb.

Xəbər lenti