Xəzər Xəbər

Rayonlara gediş-gəlişlə bağlı MÜHÜM AÇIQLAMA

Gündəm | 12:09 • 23 May 2020
Rayonlara gediş-gəlişlə bağlı

"Bakı Beynəlxalq Avtovağzalından Sumqayıta gedən avtobuslarda sosial izoliyasiya qaydalarına ciddi nəzarət olunur."

XəzərXəbər xəbər verir ki, bunu açıqlamasında Bakı Beynəlxalq Avtovağzalın mətbuat katibi Pərvin Məmmədova bildirib.

O, Bakıdan rayonlara avtobusların işləməsi ilə bağlı suala da aydınlıq gətirib:

"Düşünürük ki, növbəti mərhələdə ictimai nəqliyyatın bərpasına icazə verilərsə, Bakı Beynəlxalq Avtovağzal Kompleksi buna hazırdır. Amma bu Operativ Qərargahın verəcəyi qərardan asılıdır. Hazırda uzun məsafələrdə sərnişinlərin sıx getməsinə icazə verilmir. Bu məsələ ilə bağlı yoluxma sayını minumuma endirmək üçün hazırda müəyyən addımlar atılır".

Xəbər lenti