Xəzər Xəbər

Respublikanın bütün regionlarında karantin xəstəxanaları yaradılıb TƏBİB

Gündəm | 18:31 • 8 Aprel 2020
Respublikanın bütün regionlarında karantin xəstəxanaları yaradılıb

Hazırda profilaktika, diaqnostika və müalicə istiqaməti üzrə TƏBİB fəaliyyət göstərir. Respublikanın bütün regionlarında, gömrük keçid məntəqələrinin yaxınlığında karantin xəstəxanaları yaradılıb".

Bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı deyib: "Profilaktik məqsədlərlə tibb xidməti orada tibbi yardım göstərir. Karantin müəssisələrində fəaliyyət göstərən tibb işçilərinə təşəkkür edirəm. Bu sahədə fəaliyyətimiz 14-21 günlük karantin rejiminə əməl edib, xəstələrin müayinələrini təşkil etməkdən ibarətdir".

O bildirib ki, karantin rejiminə bəzən vətəndaşlar əmək etmirlər: "Dəfələrlə vurğulamışıq ki, karantin qaydalarına əməl etmək lazımdır. Diaqnostikanın həm profilaktik, həm də müalicəvi məqsədi var. Laboratoriyalarımızın sayı 15-ə yaxınlaşır. Bu laboratoriyalar testlərlə təmin ediləcək. Gün ərzində 3 min testlə təmin edirik, yaxın günlərdə bu say 5 minə çatacaq".

Qurum rəsmisi qeyd edib ki, testlərlə bağlı xüsusi logistika proqramı hazırlanıb: "Respublika ərazisində olan tibb müəssisələri gərgin şəraitdə fəaliyyət göstərir. Çağırış zamanı dərhal evlərə gedilir. Pozitiv hallar ayırd edilənədək şəxslər evdə izolyasiya edilir. Tibb işçiləri üçün müvəqqəti rəhbərlik kitabçası hazırlanıb, özəl və dövlət müəssisələrinə paylanıb".

Xəbər lenti