Xəzər Xəbər

65 yaşdan yuxarı şəxslər SMS-lə icazə alıb, evi tərk edə bilərlər? - RƏSMİ

Gündəm | 14:04 • 3 Aprel 2020
65 yaşdan yuxarı şəxslər SMS-lə icazə alıb,

"Nazirlər Kabineti yanında operativ qərargahın karantin rejimi ilə bağlı qəbul etdiyi bütün qərarlarqüvvədədir”.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov bildirib.

Onun sözlərinə görə, yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxmasına qoyulan məhdudiyyət qüvvədə saxlanılır:

"Evdən çıxmaq üçün yaşı 65-dən çox olan şəxslərin öz yaşadığı yeri tərk etmək məhdudiyyəti var.Onlar icazə SMS-i alsalar belə, evdən çıxsalar, bu, karantin rejiminin pozulması sayılır”.

"Fəaliyyətinə icazə verilən qurumlar 65 yaşdan yuxarı əməkdaşları üçün icazə alsa, onların evdən çıxması da karantin rejiminin pozulması sayılacaq”, - deyə C.Salmanov qeyd edib.

Xəbər lenti