Xəzər Xəbər

Elmar Məmmədyarov Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib

Gündəm | 16:14 • 25 Mart 2020
Elmar Məmmədyarov Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib

Xarici İşlər naziri Elmar Məmmədyarov Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri Teruyuki Katorini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Bu barədə xezerxeber.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Səfir Teruyuki Katori diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərinin hazırkı vəziyyəti, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində məmnunluqla danışıblar.
Nazir Elmar Məmmədyarov ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini qeyd edib.

Tərəflər, eyni zamanda hazırda dünyanın mübarizə apardığı yeni növ koronavirus pandemiya ilə mübarizə məsələləri və bu xüsusda dövlətlər tərəfindən həyata keçirilən tədbirlər və beynəlxalq əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Elmar Məmmədyarov səfir Teruyuki Katorinin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Xəbər lenti