Xəzər Xəbər

Daha 14 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayıldı

Gündəm | 20:32 • 25 Fevral 2020
Daha 14 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayıldı

Təqdim edilmiş protokolların və buna əlavə edilmiş seçki sənədlərinin yoxlanılması zamanı bir sıra seçki dairələri üzrə seçki məntəqələrində qanun pozuntuları müəyyən edilib.


Xezerxeber.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova məlumat verib.


A.Muxtarova bildirib ki, 11 saylı Qaradağ seçki dairəsinin 5 saylı, 54 saylı Şabran-Siyəzən seçki dairəsinin 12, 19, 45 və 61 saylı, 91 saylı Ucar seçki dairəsinin 8, 13, 20 saylı, 101 Göygöl-Daşkəsən seçki dairəsinin 3, 6, 24, 32 və 42 saylı, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 66 saylı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyən etməyən hallar aşkarlanıb.


Həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılıb.

Xəbər lenti