Xəzər Xəbər

Parlament seçkiləri ilə əlaqədar 409 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

Gündəm | 17:39 • 27 Yanvar 2020
Parlament seçkiləri ilə əlaqədar 409 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 409 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.


Xezerxeber.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.


MSK sədri qeyd edib ki, indiyə qədər 55 min 492 yerli müşahidəçi qeydiyyatdan keçib: "Onlardan 52 min 858 nəfər dairə seçki komissiyalarında, 1434 nəfər isə MSK-da qeydiyyatdan keçib”.


Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-da keçiriləcək.

Xəbər lenti