Xəzər Xəbər

Şamaxı Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb

Gündəm | 17:32 • 27 Yanvar 2020
Şamaxı Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.


Rəsədxanadan xezerxeber.az-a bildiriblər ki, yanvarın 27-dən 29-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron seli proqnoz dövründə normal səviyyədə olacaq. 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.


Geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3) davam etsə də, fasilələrlə az fəal şərait meydana gələ bilər. Maqnit qasırğasının yaranması ehtimalı yanvarın 27 və 28-də 1 faizdən, ayın 29-da isə 5 faizdən aşağı qiymətləndirilir.

Xəbər lenti