Xəzər Xəbər

TDƏŞ-ə üzv dövlətlərinin media qurumları arasında əməkdaşlıq müzakirə olunub

Gündəm | 14:34 • 23 Yanvar 2020
TDƏŞ-ə üzv dövlətlərinin media qurumları arasında əməkdaşlıq müzakirə olunub
Bu gün Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov ilə Türkiyənin Bakıdakı səfirliyinin mətbuat attaşesi Hüseyin Altınalan arasında görüş keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, görüşdə Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq və dostluq əlaqələrinin hazırki yüksək səviyyəsi, media sahəsində bu əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyəti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərinin media qurumları arasında sıx əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub.

Xəbər lenti