Xəzər Xəbər

Günəş tutulmasını Bakıda izləmək mümkün olacaq

Gündəm | 11:09 • 9 Dekabr 2019
Günəş tutulmasını Bakıda izləmək mümkün olacaq

2019-cu ildə baş verəcək sonuncu Günəş tutulmasının vaxtı açıqlanıb.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından xezerxeber.az-a bildirilib ki, dekabrın 26-da Bakı vaxtı ilə saat 06:30-da Günəş tutulması başlanacaq və 12:06-da yekunlaşacaq. Bakı şəhəri ərazisində 08:03-dən 08:52-yə qədər üfüqə yaxın yerdə sözügedən təbiət hadisəsini izləmək mümkün olacaq.

Xəbər lenti