Xəzər Xəbər

Metro istifadəçilərinə ŞAD XƏBƏR Yeni vaqonlar gəlir / BU TARİXDƏN

Gündəm | 17:53 • 15 Oktyabr 2019
Metro istifadəçilərinə ŞAD XƏBƏR

"Bakı metrosuna yeni vaqonlar gətiriləcək".

Bunu Redaktor.az-a açıqlmasında "Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, buistiqamətdə işlər aparılır:

"Yeni vaqonların alınmasının iki vacib şərti var. Birinci şərt metropolitendə hazırda olan vaqonların istismar müddətinin başa çatması, ikinci vacib şərt yeni stansiyalar inşa olunduqca,vaqonlara olan tələbatın artmasıdır.Hazırda yeni vaqonların gətirilməsimövcud xətlərdə hərəkət edən və istismar müddəti başa çatmış vaqonlarla bağlıdır. Müasir tipli, kondisionerli, texnoloji yeniliklərə əhatələnən qatarlar gətiriləcək".

B. Məmmədov bildirib ki, yeni vaqonların alınması ilə bağlı sifariş ilin sonuna kimi veriləcək. Sifarişdən sonra daha ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Bakı metrosuna 2015-2018-ci illərdə 25, 2019-cu ildə isə 30 vaqon alınıb.

Xəbər lenti