Xəzər Xəbər

Gülüstan qalasının üzərinə “Qarabağ Azərbaycandır və nida işarəsi” lövhəsi asıldı

Gündəm | 17:49 • 15 Oktyabr 2019
Gülüstan qalasının üzərinə “Qarabağ Azərbaycandır və nida işarəsi” lövhəsi asıldı

Şamaxıda bir qrup gənc maraqlı aksiya keçirib.

Gənclər Prezident İlham Əliyevin Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı zamanı düşmənə şillə kimi layiqli cavab olan "Qarabağ Azərbaycandır və nidaişarəsi” cümləsinin həkk olunduğu lövhə hazırlayıb.

Onlar həmin lövhəni şəhərin ən ucqar nöqtəsinə yerləşdirmək məqsədilə tarixi Gülüstan qalasına yürüş ediblər. Müəyyən bir məsafəni avtomobillə qət edən gənclərdaha sonra yollarına piyada davam ediblər. Onlar əllərində Azərbaycan bayrağı və hazırlanmış lövhə ilə birlikdə dəniz səviyyəsindən 1014 metr yüksəkliyə qalxıblar.

Altı saat davam edən yürüş uğurla nəticələnib. Gənclər axşam saatlarında dağın zirvəsində yerləşən Gülüstan qalasına gələrək, tarixi qala divarına həmin lövhəni yerləşdirib./oxu.az

Xəbər lenti