Xəzər Xəbər

Sulutəpədə qaz kəsildi, nə vaxt bərpa olunacaq? AÇIQLAMA

Gündəm | 14:55 • 10 Sentyabr 2019
Sulutəpədə qaz kəsildi, nə vaxt bərpa olunacaq?

Bakının Binəqədi rayonu Sulutəpə qəsəbəsində avtomobilin zədələdiyi qaz xəttinin təmirinə başlanılıb.

Bu barədə Trend-ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov deyib.

Onun sözlərinə görə, hazırda ərazidə təmir-bərpa işləri aparılır: "Təxminən yarım saata qaz xətti tam bərpa ediləcək, ərazidə işlər yekunlaşacaq. Ətraf ərazidəki abonentlərə 1 saat ərzində təbii qazın verilməsi bərpa ediləcək". .

Xatırladaq ki, bu gün günorta saatlarında avtomobilin qaz xəttini zədələməsi nəticəsində əraziyə təbii qazın verilməsi dayandırılıb. Nəticədə Sulutəpə qəsəbəsində 1 500 abonentin qaz təminatı dayandırılıb.

Qeyd edək ki, bu gün təmir işləri ilə əlaqədar Sabunçu rayonunu bəzi ərazilərində də qaz verilişi dayandırılıb.

Xəbər lenti