Xəzər Xəbər

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - RƏSMİ CAVAB

Gündəm | 17:27 • 12 İyul 2019
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? -

İyul ayının 12-də axşam qərb rayonlarından başlayaraq küləyin güclənməsi müşahidə edilir.


Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən xezerxeber.az-a verilən məlumatına əsasən, küləyin maksimal sürəti Gəncədə saat 16:08-16:20 radələrində 23-28 m/s, Tovuzda 26 m/s, Ağstafada 16-18 m/s, Şəmkirdə qərb küləyi 22 m/s-yə çatıb. Gədəbəydə diametri 11 mm olan dolu qeydə alınıb.


Ölkə ərazisində qeyri-sabit hava şəraiti iyulun 14-ü gündüzədək davam edəcək.

Xəbər lenti