Xəzər Xəbər

Mübariz Qurbanlı: "Ermənilər millətçi zəhəri ilə zəhərlənmiş xalqdır"

Gündəm | 11:46 • 10 İyul 2019
Mübariz Qurbanlı: "Ermənilər millətçi zəhəri ilə zəhərlənmiş xalqdır"

"Ermənilər başdan-ayağa millətçi zəhəri ilə zəhərlənmiş xalqdır".


Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsrailin "The Jerusalem Post”da dərc edilən məqaləyə münasibət bildirərkən deyib.


Komitə sədri bildirib ki, Ermənistan monoetnik dövlətdir: "Həm Sovetlər dönəmində, həm də bu gün Ermənistan ərazisində yəhudi milləti yoxdur. Olsa da çox az halda rast gəlinər. Bu da onu göstərir ki, ermənilər başdan-ayağa millətçi zəhəri ilə zəhərlənmiş xalqdır. Bu, onları müxtəlif dinlərə, xalqlara qarşı düşmənçiliyə yönəldir. Onların yəhudi millətinə olan münasibəti bəllidir. Ermənilərin elə ölkəmizə qarşı törətdiyi qətliamlar, Quba-Xaçmaz ərazilərində yaşayan yəhudilərə qarşı etdikləri amansızlıqlar bunu bir daha sübut edir. Ümumiyyətlə, bu, erməni xislətidir. Nəinki yəhudilərə qarşı, bütün xalqlara qarşı onlarda nifrət var”.


Qeyd edək ki, İsrailin "The Jerusalem Post” nəşrində Ermənistanda antisemitizmin artması ilə bağlı yazı dərc olunub. (APA)

Xəbər lenti