Xəzər Xəbər

Vergilər Nazirliyi: Elektron xidmətlərin əhatə dairəsi genişləndiriləcək

Gündəm | 15:27 • 25 İyun 2019
Vergilər Nazirliyi:

"Azərbaycanda rəqəmsal platformalardan istifadəni genişləndirmək lazımdır, çünki bu, dövlət xərclərini azaldır və vergi nəzarətini asanlaşdırır”.

XəzərXəbər Report-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "BMT-ninDövlət Xidmətləri Forumu"nda Vergilər nazirinin müaviniİlkin Vəliyevdeyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum elektron xidmətlərin əhatə dairəsini genişləndirməyi planlaşdırır: "Elektron xidmətlər həm dövlət qurumlarının, həm də vergi ödəyəcilərinin işini azaldır. Hazırda Vergilər Nazirliyi vergi ödəyicilərinə68elektron xidmət göstərir, həmçinin digər dövlət qurumları ilə məlumat mübadiləsi aparır. Hazırda əsas məqsədimiz risk platformalarının rəqəmsallaşdırılmasıdır. Biz elektron xidmətlərin əhatə dairəsini genişləndirmək, növbəti illərdə elektron kassa aparatlarının tətbiqinə başlamaq niyyətindəyik. Yeri gəlmişkən, elektron qaimə sistemi uğurla tətbiq olunur”.

Xəbər lenti