ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zohrab Mnatsakanyan arasında görüş keçirilir.
Bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva məlumat yayıb.
Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov, Endryu Şofer və Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edir.
Qeyd edək ki, ötən gün hər iki nazir həmsədrlərlə ayrılıqda görüş keçirib.