Xəzər Xəbər

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri arasında RAZILAŞMA

Gündəm | 14:09 • 19 İyun 2019
Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri arasında RAZILAŞMA

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə "Eternity-2019” kompüter dəstəkli komanda qərargah təliminin planlaşdırma konfransı keçirilib.

XəzərXəbər Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə üç ölkənin müvafiq qurumlarının nümayəndələri regiondakı iqtisadi cəhətdən əhəmiyyətli layihələrin mühafizəsinin təşkilinə həsr olunan təlimə hazırlıq məsələlərini və qarşıda duran digər tapşırıqları müzakirə ediblər.

Xəbər lenti