Xəzər Xəbər

Əli Əhmədov: İcbari tibbi sıgortanın baza hissəsi bütün vətəndaşlara şamil ediləcək

Gündəm | 14:46 • 15 May 2019
Əli Əhmədov:

İcbari tibbi sıgortanın baza hissəsi bütün vətəndaşlara şamil ediləcək. Amma elə xidmətlər də var ki, onların tətbiq olunması icbari tibbi sığortada nəzərdə tutulmayıb.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov hesab edir ki, icbari tibbi sığorta böyük sosial layihə olaraq 2020-ci ildən tətbiq olunacaq:

"İcbari tibbi sığorta ilə bağlı paketdə hansı xidmətlərin göstəriləcəyi nəzərdə tutulub. Bütövlükdə icbari tibbi sığortanın tətbiqi səhiyyə xidmətlərini əhəmiyyətli dərəcədə genişləndirəcək".

Xəbər lenti