Xəzər Xəbər

Müdafiə Nazirliyinin nümayəndə heyəti “MILEX -2019” beynəlxalq sərgisində iştirak edəcək

Gündəm | 15:57 • 14 May 2019
Müdafiə Nazirliyinin nümayəndə heyəti “MILEX -2019” beynəlxalq sərgisində iştirak edəcək
Raket və Artilleriya Qoşunları komandanı general-mayor Zahid Hüseynovun rəhbərlik etdiyi Müdafiə Nazirliyinin nümayəndə heyəti Belarus Respublikasında səfərdədir.

Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyəti mayın 15-də Minsk şəhərində başlayacaq 9-cu Beynəlxalq silah və hərbi texnika sərgisi "MILEX-2019”, həmçinin sərgi çərçivəsində keçiriləcək Hərbi-texniki, müdafiə və təhlükəsizlik məsələləri, ikili təyinatlı texnologiyaların istifadəsi üzrə "MILEX INNOVATIONS-2019” 8-ci beynəlxalq elmi konfransda iştirak edəcək.
Sərgi mayın 18-dək davam edəcək.

Xəbər lenti