Xəzər Xəbər

Azərbaycan İran və Rusiya prezidentləri görüşəcəklər

Gündəm | 17:43 • 8 May 2019
Azərbaycan İran və Rusiya prezidentləri görüşəcəklər

Yaxın vaxtlarda Rusiyada Azərbaycan İran və Rusiya prezidentlərinin görüşü keçiriləcək. 

XəzərXəbər-in "İnterfaks" agentliyinə istinadən veridyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə danışıqların yekununda bildirib.

"Hazırda Rusiya-İran-Azərbaycan formatında üçtərəfli görüşünün hazırlanması gündəmdədir. Görüş Rusiya Federasiyasında keçirilməlidir", - deyə nazir vurğulayıb.

Xəbər lenti