Xəzər Xəbər

Azərbaycan-Paraqvay Ticarət Palatası təsis edilə bilər

Gündəm | 14:31 • 24 Mart 2019
Azərbaycan-Paraqvay Ticarət Palatası təsis edilə bilər

Azərbaycan-Paraqvay Ticarət Palatasının təsis edilməsinə dair ortaq niyyət ifadə olunub.

XİN-dən xezerxeber.az-a bildirilib ki, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Paraqvay Respublikasına ilk rəsmi səfəri çərçivəsində Paraqvayın xarici işlər naziri Luis Alberto Kastiqlioni ilə görüşü zamanı deyilib.

Görüşdə Azərbaycan və Paraqvay arasında siyasi münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunaraq, siyasi dialoqun möhkəmləndirilməsi mexanizmlərinə dair müzakirələr aparılıb. Həmçinin kənd təsərrüfatı, nəqliyyat, sərmayələrin qoyuluşu, təhsil və digər sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılaraq, gələcəkdə bu istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi üçün hüquq-müqavilə bazasının yaradılması barəsində razılığa gəlinib, eləcə də iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycan-Paraqvay Ticarət Palatasının təsis edilməsinə dair ortaq niyyət ifadə olunub.

Xəbər lenti

Çox oxunanlar