Xəzər Xəbər

Bu gün Milli Məclisin iclası keçiriləcək - 32 məsələyə baxılacaq

Gündəm | 09:19 • 12 Fevral 2019
Bu gün Milli Məclisin iclası keçiriləcək -

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

Xezerxeber.az-ın məlumatına görə, iclasda əvvəlcə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək.

Daha sonra iclasda "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanın təsdiq edilməsi, "Xəzəryanı dövlətlərin hökumətləri arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi, Əmək Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, "Gənclər siyasəti haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında" və digər bir sıra qanunlara dəyişikliklər müzakirə ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 32 məsələ daxildir.

Xəbər lenti