Xəzər Xəbər

Səttar Möhbalıyev növbəti müddətə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib

Gündəm | 18:24 • 7 Dekabr 2018
Səttar Möhbalıyev növbəti müddətə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib

Dekabrın 2-7-də Danimarkanın paytaxtı Kopenhagendə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) IV qurultayı keçirilib. Qurultayın son günü BHİK-in rəhbər orqanlarına seçkilər keçirilib.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından bildiriblər ki, qurultayda iştirak edən Azərbaycan həmkarlar ittifaqlarının nümayəndə heyətinin rəhbəri, AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev növbəti müddətə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib.


Qeyd edək ki, qurultayın gedişində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ingilis dilində çap olunan "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitabı Azərbaycan nümayəndə heyətinin üzvləri tərəfindən iştirakçılara paylanıb.

Xəbər lenti