Xəzər Xəbər

Bakıya daxil olan yük avtomobilləri bu cür aşkarlanacaq - YENİLİK

Gündəm | 14:33 • 8 Noyabr 2018
Bakıya daxil olan yük avtomobilləri

Noyabrın 15-dən müəyyən edilmiş saatlarda yük avtomobillərin paytaxta daxil olması xüsusi kameralarla aşkar ediləcək. Bu problemin daha rahat həllinə imkan yaradacaq.

Bu sözləri Publika.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, 15 noyabr 2018-ci il tarixdən yük avtomobillərinin Bakı şəhərinə daxil olmaları üçün tətbiq edilmiş məhdudiyyətə əməl edilməməsi, yük avtomobillərinin girişini qadağan edən yol nişanlarının tələbinin pozulması xüsusi texnika vasitəsilə real vaxt rejimində aşkar edilərək elektron qaydada sənədləşdiriləcək.

"Bakı şəhərində nəqliyyat sayı durmadan artır. Hər il sentyabrın 15-dən paytaxt yollarında hərəkət intensivliyi səbəbindən yüklənir. Nazirlər Kabinetinin "Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası”nın 30 iyun 2015-ci il tarixli, 1 nömrəli protokol Qərarında nəzərdə tutulmuş saatlarında Bakı şəhərində yük avtomobillərinin daxil olmasının qadağan edilməsi qərarı effektiv nəticə verir. Lakin bu halların tamilə azalması üçün bu il noyabr ayının 15-dən tətbiq ediləcək yenilik nəzarəti gücləndirəcək”.

Qeyd edək ki, müvafiq qərar əsasən oktyabrın 1-dən mayın 1-dək 07:30-dan 21:00-dək yük avtomobillərinin Bakıya girişi qadağan edilir.


Xəbər lenti