Xəzər Xəbər

Yeni doğulan uşaqlara təyin edilən müavinət artırılacaq

Gündəm | 13:50 • 8 Noyabr 2018
Yeni doğulan uşaqlara təyin edilən müavinət artırılacaq
"Yeni doğulan uşağa təyin edilən birdəfəlik müavinətin artırılması nəzərdə tutulur. Sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı Milli Məclisə layihə təqdim edəcəyik. Bu məsələ üzərində iş gedir”


XəzərXəbər xəbər verri ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında”, "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında”, "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikası 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini qeyd edib ki, müavinətləri haqqı çatan ailələr almalıdır. Onun sözlərinə görə, növbəti ildə ehtiyac meyarının artırılması ilə bağlı ünvanlı sosial yardım proqramına 172 milyon manat vəsait sərf ediləcək.

Xəbər lenti