Xəzər Xəbər

Azərbaycanın dövlət strukturlarına haker hücumları edilib

Gündəm | 20:36 • 12 Oktyabr 2018
Azərbaycanın dövlət strukturlarına haker hücumları edilib
"MuddyWater” haker qruplaşması Azərbaycanın dövlət qurumlarına məqsədyönlü hücumlar edib.


XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, bu barədə "Kasperski Laboratoriyası”nın məqsədyönlü hücumlar haqqında icmalında deyilir.

İcmalda Azərbaycan Daxili İşlər Nazirliyinə hücum üçün yaradılmış fişinq sənədinin nümunəsi göstərilib.

"MuddyWater” haker qruplaşması 2017-ci ildə meydana çıxıb və əvvəlcəSəudiyyə Ərəbistanıiləİranın hökumət obyektlərini hədəf alıb. Daha sonra onlara Azərbaycan, Türkiyə, Pakistan, İordaniya, Yaxın Şərq,Avropaölkələri vəABŞ-ın dövlət strukturlarına yönəlib.

Hakerlərin hücumu 2018-ci ilin mayından daha aktivləşib, hücumlar indi də davam edir.

Xəbər lenti