Xəzər Xəbər

Salmanbəyli kəndində yeni məktəb tikiləcək

Gündəm | 18:13 • 12 Oktyabr 2018
Salmanbəyli kəndində yeni məktəb tikiləcək
Prezident İlham Əliyev Ağcabədi rayonunun Salmanbəyli kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.


XəzərXəbər xəbər verir ki, sərəncama əsasən Ağcabədi rayonunun Salmanbəyli kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.

Xəbər lenti