Xəzər Xəbər

Azərbaycan əhalisinin sayı açıqlandı

Gündəm | 18:29 • 11 Oktyabr 2018
Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycanda əhalinin son sayı açıqlanıb.

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 52427 nəfər və ya 0,5 faiz artaraq 2018-ci il sentyabr ayının 1-i vəziyyətinə 9950512 nəfərə çatıb.

Əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub.

Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Xəbər lenti