Xəzər Xəbər

Prezidentdən Sabir Rzayevlə bağlı SƏRƏNCAM

Gündəm | 18:35 • 10 Oktyabr 2018
Prezidentdən Sabir Rzayevlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Sabir Rzayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə Sabir Fərzi oğlu Rzayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Xəbər lenti