Prezident İlham Əliyev
"Azərbaycan” qəzetinin əməkdaşlarına "Əməkdar jurnalist” fəxri adının
verilməsi haqqında sərəncam imzalayıb. XəzərXəbər xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında milli
mətbuatın inkişafındakı xidmətlərinə görə "Azərbaycan” qəzetinin
aşağıdakı əməkdaşlarına "Əməkdar jurnalist” fəxri adı verilib:
Cavadov Seyran Qubad oğlu
Əzizli Bəxtiyar Məhərrəm oğlu
Hüseynli İxtiyar Kərim oğlu
Quliyev Lazım Məmmədqulu oğlu
Ölkə başçısının digər sərəncamı ilə "Azərbaycan” qəzetinin 4 əməkdaşı "Tərəqqi” medalı ilə təltif edilib:
Cəfərov Rəşad İslam oğlu
İmanquliyev Bahadır Bəkir oğlu
Mütəllibov Rüstəm Kamal oğlu
Vəliyev Elçin Vaqif oğlu.