Xəzər Xəbər

Fitosanitar Xidmətdən fermerlərə xəbərdarlıq

Gündəm | 17:01 • 14 Sentyabr 2018
Fitosanitar Xidmətdən fermerlərə xəbərdarlıq
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti fermerlərə xəbərdarlıq edib.


Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, cari ilin payız mövsümündə payızlıq taxıl və çoxillik əkin sahələrində, eləcə də təbii bitki örtüyü və meyvə bağlarında siçanabənzər gəmiricilərin inkişaf dinamikasında artım müşahidə olunmaqdadır.


Dövlət Fitosanitar Xidməti vəziyyətin ciddiliyini nəzərə alaraq fermerlərə, təsərrüfat subyektlərinə və vətəndaşlara xəbərdarlıq edərək preventiv mübarizə tədbirlərindən istifadə olunmasını tövsiyə edir.

Preventiv mübarizə həm payızlıq taxıl əkini sahələrinin vaxtında şumlanaraq normal bitki sıxlığının alınmasına yönəlmiş aqrotexniki tədbirlər sistemi, həm də gəmiricilərə qarşı aparılan mexaniki mübarizə üsuludur. Sahələrin kənarındakı sirayətlənmiş mərzlər çizellənməklə siçanabənzər gəmiricilərin yuvaları dağıdılmalıdır. Bağ və yonca sahələrinə dondurma suyunun vaxtında verilməsi gəmiricilərlə qarşı səmərəli mübarizə üsuludur.

Əks təqdirdə vaxtında və düzgün aparılmayan tədbirlər siçanabənzər gəmiricilərin əkin sahələrində artımını sürətləndirəcək.

Xəbər lenti