Xəzər Xəbər

Bu obyektlərdə POS-terminallar quraşdırılacaq - Məcburi

Gündəm | 23:30 • 13 Sentyabr 2018
Bu obyektlərdə POS-terminallar quraşdırılacaq - Məcburi

Azərbaycanda bir neçə obyektlərdə məcburi şəkildə POS-terminallar yerləşdiriləcək.

XəzərXəbər xəbər verir ki, bunu Trend-ə Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev bildirib.

İdarə direktoru bildirib ki, POS-terminallara məhdudiyyət yoxdur və sahibkar öz istəyi ilə könüllü şəkildə öz obyektində ödəniş sistemini yerləşdirə bilər.

"Bu gün Azərbaycanda obyektlərdə 77 minə yaxın POS-terminallar quraşdırılıb. Terminallar əhalinin daha çox istifadə etdiyi obyektlərdə yerləşdirilib. Ödəniş terminalı olmayan pərakəndə ticarət, iaşə və əsasən mehmanxanalar kimi xidmət müəssisələrində məcburi şəkildə POS-terminallar yerləşdiriləcək”.

Ə.Quliyev qeyd edib ki, Nazirlər Kabinetinin POS-terminalların quraşdırılması ilə bağlı qərarı var və həmin qərarda nəzərdə tutulan obyektlərin siyahısını tam əldə etmək mümkündür.

Xəbər lenti