Xəzər Xəbər

Orfoqrafiya Komissiyası bu sözlərin yazılışını dəyişdirdi

Gündəm | 18:22 • 13 Sentyabr 2018
Orfoqrafiya Komissiyası bu sözlərin yazılışını dəyişdirdi

Orfoqrafiya Komissiyasının bugünkü iclasında qəbul olunan qərara əsasən, bir sıra sözlərin yazılışı dəyişdiriləcək.

XəzərXəbər Report-a istinadən xəbər verir ki, mənbə dildə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir sa­mit­lə yazılacaq: hüsnxət, kiloqram, kilovat, metal, mühüm, rəsmxət, sərhəd və s.

Mənbə dildə bəzi təkhecalı və çoxhecalı sözlərin sonunda işlənən qoşa ss samitindən yalnız biri yazılacaq: ekspress – ekspres, konqress-konqres, stress – stres və s.

Roma rəqəmlərindən sonra şəkilçi yazılmayacaq: beşinci – V, onuncu – X və s.

Qeyd edək ki, layihə Nazirlər Kabinetinin müvafiq qərarından sonra təsdiqlənəcək.

Xəbər lenti