Bu gün paytaxtın
elektrik emerjisi ilə təchizatında yaranmış problem "Bakı Metropoliteni"
QSC-də qatarların hərəkətinin dayanmasına səbəb olub. XəzərXəbər xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti Bəxtiyar Məmmədov bildirib.
Onun
sözlərinə görə, saat 16:10-da metropolitenə gələn elektrik xətlərində
yüksək gərginlik olmadığından Bənövşəyi xəttin "Avtovağzal" və "Memar
Əcəmi" stansiyaları sərnişinlərin hərəkətinə bağlansa da, saat 16:30-dan
gərginlik verilib və qatarların hərəkəti bərpa olunub.