Müdafiə nazirinin
təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq artilleriya bölmələri
DANA özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki atışlar
keçirib.
Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə icra olunub.
Avtomatik
idarəetmə sistemi ilə təchiz edilmiş 152 mm-lik artilleriya
vasitələrindən şərti düşmənin canlı qüvvə və atəş vasitələri,
uzunmüddətli müdafiə qurğuları, idarəetmə məntəqələri, artilleriya və
minaatan batareyaları məhv edilib. Komandanlıq təlimlərə cəlb olunan
şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.