Xəzər Xəbər

SOCAR-ın prezidenti: TANAP yalnız Avrasiya deyil, bütün dünyada həyata keçirilən ən nəhəng layihədir

Gündəm | 12:26 • 14 İyun 2018
SOCAR-ın prezidenti:

"XXI əsrin layihəsi” olaraq səciyyələndirilən Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) yalnız Avrasiyada yox, dünyada həyata keçirilən ən nəhəng iqtisadi layihələrdən biridir.

TANAP barədə fikir və mülahizələrini AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycanın təşəbbüsü ilə ortaya çıxan bu layihənin bir sıra üstünlükləri var. Enerji təhlükəsizliyi və inkişaf elementlərini özündə birləşdirən TANAP-ın tikintisi qrafiq üzrə, vaxtında və keyfiyyətlə həyata keçirilib.

SOCAR prezidenti deyib: "Əminik ki, TAP layihəsi də nəzərdə tutulan vaxtda istifadəyə veriləcək. Bu xəttin tikintisi qrafiq üzrə həyata keçirilir. 2020-ci ildə TANAP vasitəsilə Azərbaycan qazını bu xəttə ötürməyi planlaşdırır”.

Xəbər lenti