ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini artırması Azərbaycan manatına təsir etməyəcək. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Baş
banki bildirib ki, ilin sonuna inflyasiyanın birrəqəmli həddə olacağı
proqnozlaşdırılır. Onun sözlərinə görə, ötən beş ay ərzində orta
inflyasiya 3,2 faiz olub. ÜDM-in 15,4 faiz səviyyəsində profisit
formalaşıb.
"Ticarət balansının müsbət saldosu 2,1 dəfə,
xidmətlər balansının kəsiri 2 dəfədən çox azalıb, qeyri-neft sektoru
14,2 faiz yüksəlib. İlin sonuna ticarət balansının əlverişli olacağı
gözlənilir. Xarici valyutada depozitlərin geniş pul kütləsində çəkisi
2,1 faiz təşkil edib", - E.Rüstəmov qeyd edib.