ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
XəzərXəbər xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident!
Ramazan bayramı münasibətilə Melania və mən Amerika xalqı adından Sizə və Azərbaycan xalqına təbriklərimizi çatdırırıq.
Ramazan
ayının başa çatmasını qeyd etdiyimiz bir vaxtda, biz qonşulara yardım
etmə və cəmiyyətin bütün təbəqələrindən olan insanlarla duz-çörək kəsmə
kimi İslam
dininin ədalət və mərhəmət hisslərinə sadiqliyindən qaynaqlanan
müqəddəs bir ənənəni yad edirik. Bu bayram dostluqda bir-birinə dəstək
olmaq və hər kəsin öz potensialını tam gerçəkləşdirə biləcəyi bir
cəmiyyət qurmaq məsuliyyətini xatırladır.
Birləşmiş Ştatlar
ölkəmizə mühüm töhfələr vermiş və silahlı qüvvələrimizdə ləyaqətlə
xidmət etmiş amerikalı müsəlmanlar da daxil olmaqla müxtəlif etiqad
sahiblərinin vətənidir.
Bu əlamətdar bayram münasibətilə qarşıdan gələn ildə bütün müsəlmanlara cansağlığı və firavanlıq arzulayıram.
Ramazan bayramınız mübarək olsun!"