Xəzər Xəbər

“ASAN xidmət” bayram günlərində işləməyəcək

Gündəm | 15:42 • 13 İyun 2018
“ASAN xidmət” bayram günlərində işləməyəcək
15-18 iyun tarixlərində Milli Qurtuluş günü və Ramazan bayramı ilə əlaqədar "ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.


Bu barədə XəzərXəbər-ə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Qeyd olunub ki, 19 iyun tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.


Qeyd edək ki, hazırda 13 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Xəbər lenti