Xəzər Xəbər

DYP sürücülərə müraciət etdi

Gündəm | 13:21 • 13 İyun 2018
DYP sürücülərə müraciət etdi
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.


İdarədən XəzərXəbər-ə bildirilib ki, BDYPİ sürücülərin və avtomobil sahiblərinin işini daha da asanlaşdırmaq, cərimə və digər məlumatları vaxtında əldə etmək, bununla da sonradan yaranan müxtəlif problemlərin qarşısını almaq üçün bəzi məqamlara diqqət etməyi tövsiyə edir.


Qeyd edilib ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 125.5-ci maddəsində sürücülərin üzərinə düşən vəzifələr əksini tapıb. "Yol hərəkəti haqqında” qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsi sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə, onları 3 gün müddətində yeniləməlidirlər.

Müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə daxil edilmiş və İXM-nin 125.5-ci maddəsində nəzərdə tutulmuş məlumatlar ASAN ödəniş sisteminə də göndərilir. Bu o deməkdir ki, sürücülər cərimələr barədə həm elektron poçt, həm Asanpay.az saytındakı elektron kabinet, həm də mobil telefondan pulsuz SMS vasitəsilə məlumat ala bilirlər. Onu da nəzərə almaq lazımdır ki, sözügedən məsələ "Yol hərəkəti haqqında” qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində də əksini tapır: "Öz rahatlığınız üçün bu cür informasiyaların təqdim olunması tövsiyə edilir".

Xəbər lenti