Xəzər Xəbər

Gömrük qanunvericiliyi təkmilləşdirilir

Gündəm | 12:24 • 13 İyun 2018
Gömrük qanunvericiliyi təkmilləşdirilir
Azərbaycanda gömrük qanunvericiliyi təkmilləşdiriləcək.


XəzərXəbər xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Hüquqi təminat şöbəsinin rəisi Sənan Muxtarov "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda keçirilən seminarda deyib. Şöbə rəisi bildirib ki, komitə gömrük qanunvericiliyinə yeni düzəlişlər üzərində işləyir.


"Təkliflər hələlik müzakirə mərhələsindədir. Təkliflərin sistemləşdirilməsindən sonra baxılması üçün gömrük rəhbərliyinə göndəriləcək”, - deyə S.Muxtarov qeyd edib.

Komitə rəsmisi əlavə edib ki, qanunvericiliyin təkmilləşdirilməsi gömrük sənədləşməsində sənədlərin azalmasına səbəb olacaq: "Bundan başqa, gömrük prosedurlarının və gömrükdən keçid vaxtının azalmasına və sadələşdirilməsinə gətirib çıxaracaq".

Xəbər lenti